İrana hücumların zəmini hazırlanır. Nüvə danışıqlarında hər şey fiaskoya gedir deyəsən.
News365.az xəbər verir ki, bu fikirləri siyasi ekspert Tural İsmayılov bildirib.
Qeyd edək ki, Donald Tramp İranın nüvə proqramının ABŞ-ın milli təhlükəsizliyinə təhdid olduğunu əsas gətirərək, İrana qarşı hərbi zərbə endirmək üçün Senatdan icazə istəyib.
O, bu məqsədlə Nümayəndələr Palatasının spikerinə və Senatın sədrinə məktub göndərib. Bu məktubda Tramp, İranın nüvə proqramının ABŞ-ın milli təhlükəsizliyinə təhdid olduğunu vurğulayaraq, hərbi müdaxilənin zəruriliyini əsaslandırıb.