AZ

Almaniya İtaliyanı, Xorvatiya Fransanı məğlub edib - YENİLƏNİB

UEFA Millətlər Liqasınıda bu gün 1/4 final və pley-off mərhələsinin ilk matçlarına start verilib.

90deqiqe.Az xəbər verir ki, Türkiyə yığması Macarıstanla üz-üzə gəlib. "Rams Park"da baş tutan görüşdə qardaş ölkə rəqibi üzərində əzmkar qələbə qazanıb.

Xorvatiya yığması doğma meydanda Fransanı sınağa çəkib və inamlı qələbə qazanıb.

 İtaliya evdə Almaniyaya məğlub olsa, Danimarka Portuqaliyaya minimal hesabla qalib gəlib.

Dörd qolun qeydə alındığı Niderland - İspaniya matçında qalib müəyyənləşməyib.

Ukrayna Belçikanı böyük hesabla məğlub edib. Yunanıstan evdə Şotlaniyaya minimal hesabla uduzub.

Avstriya isə Serbiya ilə heç-heçə edib.

Qonşu ölkə Gürcüstan yığması səfərdə Ermənistanı darmadağınla məğlub edib.

 

UEFA Millətlər Liqası

20 mart

1/4 final

23:45. Xorvatiya – Fransa - 2:0

Qollar: A.Budimir, 26, İ.Perişiç, 45+1

23:45. İtaliya – Almaniya - 1:2

Qollar:  S.Tonali, 9, T. Kleindienst, 49, L.Qoretska, 76

23:45. Niderland – İspaniya - 2:2

Qollar: N.Uilyams,9, C.Qakpo, 28, T.Reynders, 46, M.Merino, 90+3

23:45. Danimarka – Portuqaliya - 1:0

Qollar: R.Hoylund, 78

A və B Liqaları

Pley-off, ilk oyunlar

21:00. Türkiyə – Macarıstan - 3:1

Qollar: O.Kökçü,9, A.Schafer, 25, K.Aktürkoğlu, 69, İ.Kahveci, 73

23:45. Avstriya – Serbiya

23:45. Ukrayna – Belçika

23:45. Yunanıstan – Şotlandiya

B və C Liqaları

Pley-off, ilk oyunlar

21:00. Ermənistan – Gürcüstan  - 0:3

Qollar: C.Koçoraşvili, 33, C. Mikautadze, 37, 59

23:45. Slovakiya – Sloveniya

23:45. Bolqarıstan – İrlandiya.

23:45. Kosovo – İslandiya

Qeyd edək ki, tərəflər arasında cavab görüşləri martın 23-də reallaşacaq.

Seçilən
23
90deqiqe.az

1Mənbələr