Paytaxtın Nizami rayonunda yaşayış binasında yanğın baş verib.
Avtosfer.az xəbər verir ki, hadisə Nizami rayonu, Elşən Süleymanov küçəsi 137A ünvanında yerləşən çoxmərtəbəli binada qeydə alınıb. Binanın 14-cü mərtəbəsində güclü partlayış səsi eşidilib. Hadisə şahidlərinin sözlərinə görə, yanğının binanın eyvanında quraşdırılmış kombi cihazından başladığı ehtimal edilir.
Əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürənləri və digər aidiyyəti qurumların əməkdaşları cəlb olunub.
Eltac Zülfüqaroğlu