AZ

İtaliya və Fransa uduzdu, Türkiyə sevindi - Millətlər Liqasında

Bu gün futbol üzrə UEFA Millətlər Liqasında 2024/2025-ci illər mövsümünün 1/4 final və pley-off mərhələsinin ilk matçları keçirilib.

Arena.az xəbər verir ki, qarşılaşmalar arasında ilk olaraq Türkiyə yığması “Rams Park”da Macarıstan millisini sınağa çəkib.

Dörd qolun qeydə alındığı oyun “ay-ulduzlular”ın inamlı qələbəsi ilə yekunlaşıb.

Azərbaycanlı futbol azarkeşlərini yaxından maraqlandıran görüşlərdən biri də Xorvatiyada yerli komanda ilə Fransa arasında baş tutub. Cütün qalibi 2026-cı il dünya çempionatının seçmə mərhələsində Azərbaycan yığmasının rəqibi olacaq. Bu komandaların ilk görüşü xorvatların inamlı qələbəsi ilə başa çatıb.

Gürcüstan yığmasının səfərdə Ermənistanı 3 cavabsız qolla məğlub etdiyi gündə Ukrayna millisi də Belçika üzərində inamlı qələbəyə sevinib.

İspaniya yığması səfərdə Niderland millisinə məğlubiyyətdən son anda qurtulub. İtaliya yığması Almaniya millisi ilə ev oyunundan məğlubiyyətlə ayrılıb. Danimarka yığması isə Portuqaliya seçməsini məğlub yola salıb.

UEFA Millətlər Liqası
20 mart

1/4 finalın ilk oyunları

Xorvatiya – Fransa 2:0
Qollar: Budimir, 26. Perişiç, 45+1.

Danimarka – Portuqaliya 1:0
Qol: Höylund, 78.

Niderland – İspaniya 2:2
Qollar: Qakpo, 28. Reynders, 46 – N.Uilyams, 9. Merino, 90+3.

İtaliya – Almaniya 1:2
Qollar: S.Tonali, 9 – Klayndienst, 49. Qoretska, 76.

A və B Liqaları
Pley-offun ilk oyunları

Türkiyə – Macarıstan 3:1
Qollar: O.Kökçü, 9. K.Aktürkoğlu, 69. İ.C.Kahveci, 73 – Şafer, 25.

Avstriya – Serbiya 1:1
Qollar: Qreqoriç, 37 – Samardziç, 62.

Ukrayna – Belçika 3:1
Qollar: Qutsulyak, 66. Vanat, 73. Zabarnı, 79 – Lukaku, 40.

Yunanıstan – Şotlandiya 0:1
Qol: Maktominey, 33-pen.

B və C Liqaları
Pley-offun ilk oyunları

Ermənistan – Gürcüstan 0:3
Qollar: Koçoraşvili, 33. Mikautadze, 37; 59.

Slovakiya – Sloveniya 0:0

Bolqarıstan – İrlandiya 1:2
Qollar: Petkov, 6 – Azaz, 21. Doherti, 42.

Kosovo – İslandiya 2:1
Qollar: Dellova, 19. Recbeçay, 58 – Oskarsson, 22.

Qeyd edək ki, UEFA Millətlər Liqasında pley-offun cavab görüşləri martın 23-də keçiriləcək.

Seçilən
75
2
arena.az

3Mənbələr