“Müxalifətin daxili ziddiyyətlərini və ya qanunla bağlı problemlərini ölkənin ən mühüm problemi kimi təqdim etmək cəhdləri ikiüzlülüyün zirvəsidir. O, məsələni siyasiləşdirməyə çalışır. Müxalifət bilir ki, bu məlumatların və sənədlərin çoxu (İmamoğlu işi ilə bağlı) öz funksionerləri tərəfindən ədliyyə orqanlarına ötürülüb. Cümhuriyyət Xalq Partiyasının problemləri bizim və ya xalqın deyil, öz qərargahındakı bir ovuc iddialı adamın problemləridir. Bizim partiya və ya ittifaq olaraq bu müxalifət şoularına vaxtımız yoxdur".