AZ

Xorvatiya millimizə rəqib olmağa yaxındır

Millimizin DÇ-2026-nın seçmə mərhələsindəki mümkün rəqibləri UEFA Millətlər Liqasının 1/4 finalında qarşılaşıblar.

İdman.biz xəbər verir ki, mərhələnin ilk oyununda Fransa Xorvatiyaya səfər edib.

Oyun "damalılar"ın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Hər iki qol matçın 1-ci hissəsində vurulub. Ante Budimir və İvan Perişiç fərqləniblər. Tərəflər arasında cavab matçı ayın 23-də keçiriləcək.

Qeyd edək ki, bu cütün qalibi D qrupunda millimizlə yanaşı Ukrayna və İslandiya ilə dünya çempionatının final mərhələsinə yüksəlmək uğrunda yarışacaq.

İdman.biz

Seçilən
36
idman.biz

1Mənbələr