Slovakiya Aİ-nin Ukraynaya silah üçün vəsait toplamaq planında iştirak etməyəcək.
APA xəbər verir ki, bu barədə Slovakiyanın Baş naziri Robert Fitso bildirib.
Onun sözlərinə görə, belə bir görüşdə iştirak könüllü olmalıdır, əks halda Slovakiya buna veto qoyacaq.
“Heç kim Slovakiyanı digər daxili prioritetlər hesabına Ukraynaya silah almaq üçün büdcəsindən 250 milyon avro xərcləməyə məcbur edə bilməz”, - hökümət başçısı qeyd edib.