1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
"Qalatasaray" klubu mövsüm sonunda Kerem Demirbayla yollarını ayıracağını açıqlayıb.
Oxu.Az "NTVSpor"a istinadən xəbər verir ki, təcrübəli yarımmüdafiəçi üçün diqqətçəkən transfer iddiası gündəmə gəlib.
"Samsunspor" prezidenti Yüksel Yıldırım bir müddət əvvəl "Qalatasaray"dan kimi transfer etmək istərdiniz?" sualına "Kerem Demirbay" cavabını verib.
Kerem Demirbay isə Qara dəniz komandasının ona olan marağına mənfi cavab verməyib. O, "Samsunspor"a getməklə bağlı qəti qərar versə, "Qalatasaray" da bu transferə icazə verəcək.
Qeyd edək ki, təcrübəli yarımmüdafiəçi bu mövsüm "Qalatasaray"ın heyətində 30 matçda 909 dəqiqə meydanda olub, cəmi üç məhsuldar ötürmə ilə yadda qalıb.