Şimali Koreya yeni model hava hücumundan müdafiə raketini sınaqdan keçirib.
APA xəbər verir ki, bu barədə “Voice of Korea” radiosu məlumat yayıb.
“KXDR-in baş raket idarəsi hərtərəfli döyüş qabiliyyətini yoxlamaq üçün yeni model zenit-raket silahı sisteminin sınaq buraxılışını həyata keçirib”, - məlumatda deyilir
Bildirilib ki, buraxılış prosesində ölkə lideri Kim Çen In da iştirak edib.