AZ

Donald Tramp Təhsil Departamentinin ləğvi ilə bağlı sərəncam imzalayıb

Vaşinqton, 21 mart, AZƏRTAC

ABŞ Prezidenti Donald Tramp Təhsil Departamentinin ləğvinə başlamaqla bağlı sərəncam imzalayıb.

AZƏRTAC-ın məlumatına görə, o, sərəncamda təhsil katibi Linda Makmahona Təhsil Departamentinin bağlanmasını asanlaşdırmaq və təhsil səlahiyyətlərini ştatlara qaytarmaq üçün bütün lazımi addımları atmağı tapşırıb.

Tramp deyib ki, departament federal tələbə kreditləri və “Pell” qrantlarına nəzarəti davam etdirəcək.

Departamentin tamamilə ləğvi üçün 1979-cu ildə agentliyi yaradan Konqresin təsdiqi lazımdır.

 
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Seçilən
52
2
azertag.az

4Mənbələr