Bu gün UEFA Millətlər Liqasında 1/4 final mərhələsinin oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, bu mərhələdə A Liqasının 4 qrup qalibi və 4 qrup ikinciləri üz-üzə gəliblər.
Xorvatiiya və Fransa arasındakı ilk görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qeyd edək ki, bu cütün qalibi Azərbaycan millisinin DÇ-2026-nın seçmə mərhələsində rəqibi olacaq. Başqa sözlə, Fransa və Xorvatiyadan biri Ukrayna, İslandiya və Azərbaycan millisinin yarışacağı DÇ-2026-nın D qrupunun sonuncu - 4-cü komandası olacaq.
Bu gün həmçinin Portuqaliya Danimarkaya, İtaliya Almaniyaya uduzub. Son çempion İspaniya isə Niderlandla məhsuldar heç-heçəyə razılaşıb.
UEFA Millətlər Liqası
1/4 final mərhələsi
20 mart
Xorvatiya – Fransa 2:0
Qollar: Budimir, 26. Perişiç, 45+1.
Danimarka – Portuqaliya 1:0
Qol: Höylund, 78.
Niderland – İspaniya 2:2
Qollar: Qakpo, 28. Reynders, 46 – N.Uilyams, 9. Merino, 90+3.
İtaliya – Almaniya 1:2
Qollar: S.Tonali, 9 – Klayndienst, 49. Qoretska, 76.