Bu gün UEFA Millətlər Liqasında pley-off mərhələsinin oyunları start götürüb.
Fanat.Az xəbər verir ki, A, B, C və D liqalarında növbəti mövsümün iştirakçılarını müəyyənləşəcək pley-off mərhələsinin ilk günündə 8 görüş baş tutub.
Bu gün ilk oyunlar çərçivəsində Türkiyə Macarıstana, Gürcüstan Ermənistana. Ukrayna Belçikaya qalib gəlib.
A/B liqaları və B/C liqalarında pley-off mərhələsinin cavab oyunları martın 23-də keçiriləcək.
Qeyd edək ki, C/D liqalarında pley-off mərhələsinin ilk oyunları (Cəbəllütariq - Latviya, Malta - Lüksemburq) 26 martda, cavab görüşləri isə 31 martda baş tutacaq.
Xatırladaq ki, Azərbaycan millisi növbəti mövsüm D liqasında yarışacaq.
Millətlər Liqası
Pley-off mərhələsi, ilk oyunlar
20 mart
A və B Liqaları
Pley-offun ilk oyunları
Türkiyə – Macarıstan 3:1
Qollar: O.Kökçü, 9. K.Aktürkoğlu, 69. İ.C.Kahveci, 73 – Şafer, 25.
Avstriya – Serbiya 1:1
Qollar: Qreqoriç, 37 – Samardziç, 62.
Ukrayna – Belçika 3:1
Qollar: Qutsulyak, 66. Vanat, 73. Zabarnı, 79 – Lukaku, 40.
Yunanıstan – Şotlandiya 0:1
Qol: Maktominey, 33-pen.
B və C Liqaları
Pley-offun ilk oyunları
Ermənistan – Gürcüstan 0:3
Qollar: Koçoraşvili, 33. Mikautadze, 37; 59.
Slovakiya – Sloveniya 0:0
Bolqarıstan – İrlandiya 1:2
Qollar: Petkov, 6 – Azaz, 21. Doherti, 42.
Kosovo – İslandiya 2:1
Qollar: Dellova, 19. Recbeçay, 58 – Oskarsson, 22.