AZ

İsrail atəşkəsi pozduğu 3 gün ərzində Qəzzada 600-ə yaxın insanı öldürdü... 

İsrail ordusu Qəzzanın cənubundakı Rəfahın qurudan işğalının davam etdiyini və qoşunların Beyt Lahiya şəhəri və mərkəzi bölgələr yaxınlığından şimala doğru irəlilədiyini bildirib. Çərşənbə axşamı İsrailin Qəzzada atəşkəsi pozmasından bu yana hücumlarda 590- dan çox fələstinli həyatını itirib , tibb orqanları deyirlər və  hava hücumları və qurudan hücumları intensivləşdikcə ölənlərin sayı artmaqda davam edir.
 
Moderator.az xəbər verir ki, bu barədə “Əl-Cəzirə” məlumat yayıb. 
 
“HƏMAS” atəşkəs pozulduqdan sonra İsrailə ilk raket zərbələri endirib və Yəmən husiləri Təl-Əvivin cənubundakı hərbi obyektə daha çox raket atdıqlarını bildiriblər.
 
Qəzzanın Səhiyyə Nazirliyi bildirib ki , İsrailin Qəzzaya qarşı apardığı müharibədə ən azı 49 min 617 nəfər fələstinli ölüb, 112 min 950 nəfər yaralanıb . Qəzzanın Hökumət Media Ofisi  isə dağıntılar altında itkin düşən minlərlə fələstinlinin də öldüyünü ehtimal edərək ölənlərin sayının 61,700-dən çox ola biləcəyini bildirib. 7
 
Xatırladılır ki, 7 oktyabr 2023-cü ildə “HƏMAS”-ın rəhbərlik etdiyi hücumlar zamanı İsraildə ən azı 1139 nəfər həlak olub, 200-dən çox adam əsir götürülüb.
 
S.Laçın
 

 

Seçilən
47
moderator.az

1Mənbələr