“Arsenal” vinger Bukayo Saka ilə müqavilənin uzadılması ilə bağlı danışıqlara başlamağa hazırlaşır.
Publika.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
23 yaşlı ingilisin hazırkı müqaviləsi 2027-ci ilin yayına qədərdir. London klubu bununla onun gələcəyi ilə bağlı hər hansı qeyri-müəyyənlikdən qaçmaq istəyirlər.
Qeyd olunur ki, “Mançester Siti” Bukayoya maraq göstərir. “Arsenal” futbolçu üçün başqa namizədlərin meydana çıxacağına əmindir.