Azərbaycanda Rusiya dövlət qeydiyyat nişanlı yük maşını qəzaya uğrayıb. Avtosfer.az xəbər verir ki, hadisə Bakı-Quba-Rusiya avtomagistralının baş verib.
Belə ki, BB 4740 | 63 rus dövlət qeydiyyat nişanlı TIR sürücünün idarəetməsindən çıxaraq öncə dəmir baryerə, daha sonra isə istiqamətgöstərici lövhəyə çırpılıb. Zərbənin təsirindən yük maşınının kabinəsinə ciddi ziyan dəyib.
Hadisə nəticəsində ölən və ya xəsarət alan (lar) barədə məlumat verilmir.
Namiq Musayev