Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Şimali Koreyanın paytaxtı Pxenyana gedib.
Publika.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
Qeyd edilib ki, Şoyqu Şimali Koreya lideri Kim Çen In və ölkənin digər liderləri ilə görüşməyi planlaşdırır .
Martın 16-da Şimali Koreyanın xarici işlər naziri Ço Son Huinin Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenkonun başçılıq etdiyi Rusiya nümayəndə heyəti ilə görüş keçirdiyi bildirilir.