Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan AK Partiya Ümumi Qərargahında keçmiş millət vəkilləri ilə birlikdə iftar proqramına qatılıb.
Moderator.az xəbər verir ki, Ərdoğan CHP-nin İstanbul Böyükşəhər Bələdiyyə Başçısı Əkrəm İmamoğluna qarşı aparılan istintaqla bağlı ilk dəfə danışıb.
"CHP mətbuatı və müxalifət istər diplom məsələsində, istərsə də korrupsiya və oğurluq məsələsində məhkəmənin irəli sürdüyü iddialara cavab verə bilmir. Milləti aldatmaq üçün asan yola əl atırlar. Nə bizim şəxsən, nə də partiya olaraq müxalifətin şoularına sərf etməyə vaxtımız yoxdur".