AZ

Fələstin xalqının yeganə köçürülə biləcəyi yer Qüdsdür...

"HƏMAS"  hərəkatının bəyanatında deyilir ki, Qüds Fələstin xalqının köçürülməsi üçün yeganə mümkün yerdir.
 
Moderator.az bu haqda "İslamnews" nəşrinə istinadla xəbər verir. 
 
Sənəddə vurğulanır ki, bütün çətinliklərə baxmayaraq, fələstinlilər öz torpaqlarında möhkəm dayanacaq, öz hüquqları uğrunda mübarizəni davam etdirəcək, məcburi və ya könüllü köçkünlük cəhdlərinə imkan verməyəcək.
 
"Köçürülmə yalnız Qüdsə ola bilər", - "HƏMAS" vurğulayıb. 
 
Xatırladılır ki, martın 18-nə keçən gecə İsrail ordusu Qəzza zolağında yenidən bombardmanlara başlayıb. Sahil zolağındakı Əl-Məvasi humanitar zonasında, əsasən qadın və uşaqların məskunlaşdığı çadır düşərgəsi hücuma məruz qalıb. Son bir neçə gündə 600-yə yaxın insan hücumların qurbanı olub, onlardan 200-yə yaxını uşaqlardır. Daha 500-dən çox insan yaralanıb.
 
BMT İsrailin hərəkətlərini soyqırım kimi tanıyıb. Bundan əvvəl ABŞ və İsrail hakimiyyəti Qəzza sakinlərini başqa ölkələrə köçürmək planlarını açıq şəkildə bəyan etmişdi.
 
S.Laçın
Seçilən
17
moderator.az

1Mənbələr