Bakı, 21 mart, AZƏRTAC
Martın 21-də yerli vaxtla saat 07:59-da Kürdəmir stansiyasından 17 km şərqdə, Ağsu rayonunda 3.4 bal gücündə zəlzələ qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.
Zəlzələ ocağının dərinliyi 41 kilometr olub. Zəlzələ hiss olunmayıb.