AZ

Londonda yarımstansiyada partlayış - Hava limanı bağlandı

Londonun cənub-şərqində elektrik yarımstansiyasında güclü partlayış baş verib. 

“Qafqazinfo” “Daily Mail”ə istinadən xəbər verir ki, nəticədə Hitrou hava limanında elektrik enerjisi kəsilib. 

Ümumilikdə ərazidə 16 min nəfər işıqsız qalıb.

Qeyd olunub ki, yerli yarımstansiyaya yaxın yaşayan sakinlər və müəssisələrin əməkdaşları təxliyə edilib. 

“Sky News”un məlumatına görə, hadisə səbəbindən Hitrou aeroportunun fəaliyyəti 1 günlük dayandırılıb.

Seçilən
49
24
qafqazinfo.az

10Mənbələr