AZ

İsrail ordusu Qəzza zolağının cənubunda əməliyyatlara başladı

İsrail Qəzza zolağının cənubundakı Rəfah şəhəri ərazisində hərbi əməliyyatlara başladığını elan edib.

Adalet.az xəbər verir ki, bu barədə Ä°srail Müdafiə Qüvvələrinin komandanlığı bildirib.

"Son bir neçə saat ərzində Ä°srail silahlı qüvvələri Rəfah bölgəsində əməliyyatlara başlayıb. Bundan əlavə, Qəzzanın şimalında və mərkəzində əməliyyatlar davam etdirilir", - deyə Ä°srail ordusunun teleqram kanalında dərc edilən məlumatında deyilir.

Məlumatda vurğulanır ki, Ä°srail ordusu və kəşfiyyat xidmətləri ölkə vətəndaşlarını qorumaq üçün Qəzza zolağında fəaliyyətini davam etdirəcək.

Seçilən
28
adalet.az

1Mənbələr