AZ

Tramp Təhsil Nazirliyini ləğv etdi

Donald Tramp Təhsil Nazirliyinin ləğvi ilə bağlı sərəncam imzalayıb və onu Amerikanın maraqlarına düşmən adlandırıb.

Yenisabah.az xəbər verir ki, ABŞ prezidenti qeyd edib:

“Bu gün biz 45 ildir hazırlıq mərhələsində olan çox tarixi bir addım atırıq”.

O, Təhsil Nazirliyinin “birdəfəlik” ləğvinə başlanacaq sərəncam imzalayacağına söz verib:

“Vaşinqtonda yerləşən Təhsil Nazirliyində, əsasən, Qərb sivilizasiyasına hər cəhətdən düşmən olan, Amerikanın maraqlarına düşmən olan və bizim təsis sənədlərimizə və mədəniyyətimizə düşmən olan radikal solçu marksist bürokratlar çalışır. Onlar öz mövqelərindən və təsirlərindən istifadə edərək gündəmlərini irəli sürməyə çalışırlar”.


Telegram kanalımız
Seçilən
21
4
yenisabah.az

10Mənbələr