AZ

“Valideyninə görə sənətə gələn uşaq yarı yolda qalar”

Xalq artisti Mənsum İbrahimov "Qonaqcanlı" verilişində qonaq olub.

 

Xanəndə valideynlərin istəyi ilə uşaqların sənətə gəlməsini doğru hesab etmədiyini bildirib:

 

"Valideyninə görə sənətə gələn uşaq yarı yolda qalar. Çünki biz heç kimə görə sənətə gəlməmişik, o vaxt muğama gəlmək çox çətin idi. İnan ki, qəhrəmanlıq idi. Bir televiziya kanalımız var idi, ora düşmək çətin idi. O vaxt indiki kimi müsabiqələr yox idi ki, günlərlə efirdə görünəsən. Məsələn mən özüm müsabiqə ilə gəlmişəm. Cəmi bir gün oxumuşam. O da efirdə də getməyib". (axsam.az)

Tarix: 21 Mart 2025, 09:24   
Seçilən
2
3
pravda.az

5Mənbələr