AZ

Əvvəllər məhkum olunmuş şəxsdən 4 kiloqram marixuana götürülüb

Bakı, 21 mart, AZƏRTAC

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində əvvəllər məhkum olunan Sarvan Məhərrəmov şübhəli şəxs qismində saxlanılıb.

Daxili İşlər Nazirliyindən AZƏRTAC-a bildirilib ki, ondan 4 kiloqram marixuana aşkarlanaraq götürülüb. O, ifadəsində İrandan qaçaqmalçılıq yolu ilə gətirdiyi narkotikin Bərdə rayonu ərazisində satışını təşkil etmək istədiyini bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, S.Məhərrəmov barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.

Seçilən
32
1
azertag.az

2Mənbələr