AZ

Tramp ABŞ-nin Təhsil Departamentini ləğv etdi

ABŞ Prezidenti Donald Tramp Təhsil Departamentinin ləğvi haqqında sərəncam imzalayıb və qurumu Amerikanın maraqlarına düşmən adlandırıb.

Viral.az xarici KİV-ə istinadən xəbər verir ki, prezident həmçinin Təhsil Departamentinin həmişəlik ləğvinə başlanacaq sərəncam imzalayacağına söz verib.

Trampın sərəncamı ilə təhsil naziri Linda MakMahonanın rəhbərlik etdiyi qurumun ləğv edilməsinə başlamaq göstərişi verilib.

Son Yazılar:

“Burada, Vaşinqtonda yerləşən Təhsil Departamentində əsasən Qərb sivilizasiyasına hər cəhətdən düşmən olan, Amerikanın maraqlarına düşmən olan və bizim təsis sənədlərimizə və mədəniyyətimizə düşmən olan radikal sol marksist bürokratlar çalışır. Onlar öz mövqelərindən və təsirlərindən istifadə edərək gündəmlərini irəli sürməyə çalışırlar”, – Tramp bildirib.

Sözügedən sərəncama əsasən, məktəblərlə bağlı siyasət ştatların öhdəsinə buraxılacaq.

Seçilən
26
4
viral.az

10Mənbələr