Bakı. Trend:
Novruz bayramında tonqalların qalanmasına görə yeddi yanğınolub.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Fövqəladə HallarNazirliyindən bildirilib.
"Dünən gecə tonqalların qalanması zamanı yanğın təhlükəsizliyiqaydalarına əməl olunmaması nəticəsində baş vermiş yanğınlarınsöndürülməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinin “112” qaynartelefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyətiqurumları tərəfindən 7 yanğına çıxış olub.
Həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsindəyanğınlar böyük fəsadlar törətməsinə imkan verilmədən qısa müddətdəsöndürülüb", - qurumdan qeyd edilib.