"Biz oyuna yaxşı başladıq, ancaq daha sonra top itkisinə, texniki səhvlərə yol verdik. Rəqibə çox imkanlar yaratdıq. Xorvatiya kifayət qədər güclü komandadır, amma biz onlara yardımçı olduq.

Offsideplus.az xəbər verir ki, bu sözləri Fransa milli komandasının baş məşqçisi Didye Deşam Millətlər Liqasının pley-off mərhələsində Xorvatiyaya məğlubiyyətdən (0:2) sonra keçirilən mətbuat konfransında deyib.

Təcrübəli çalışdırıcı yığmanın aparıcı oyunçularından biri Kilian Mbappenin çıxışından danışıb: "Kilianda hər şey alınmasa da, o, yaxşı çıxış etdi, fəallıq göstərdi. Əlbəttə, o, həmişə daha yaxşı oynaya bilər".

Məğlubiyyətə baxmayaraq, Deşam Millətlər Liqasında növbəti mərhələyə yüksələcəklərinə inandığını vurğulayıb: "Biz birinci raundu uduzduq. Bazar günü mütləq qalib gələcəyik. Vəziyyəti dəyişmək üçün əlimizdən gələni əsirgəməyəcəyik".

Qeyd edək ki, Fransa - Xorvatiya cütünün qalibi dünya çempionatının seçmə mərhələsində Azərbaycan yığmasının rəqibi qismində bu il Bakıya gələcək.

BU DA MARAQLIDIR:

Ronaldo penaltinin seyvinə yardım etdi- VİDEO