Məşhur kriptovalyuta analitiki Fred Krüqer qarşıdakı beş illə bağlı iddialı proqnozunu paylaşıb və həm kriptovalyuta, həm də süni intellekt sahələrində əhəmiyyətli artım gözlədiyini bildirib.
Valyuta.Az xəbər verir ki, Krüqer son açıqlamasında "Bitcoin"in bir il ərzində 300 min ABŞ dollarına çatacağını, 2030-cu ilədək isə 1 milyon dolları ötəcəyini proqnozlaşdırıb. O, həmçinin "blokçeyn" texnologiyasının sürətlə mənimsəniləcəyini və beş il ərzində gündəlik aktiv istifadəçi sayının 1 milyardı keçəcəyini gözləyir.
Krüqerin fikrincə, süni intellekt müxtəlif sahələrdə inqilab edəcək, insanabənzər robotlar 2026-cı ilə qədər sənaye mühitinə daxil olacaq və 2030-cu ilədək süni intellekt zavod layihələndirilməsi, xəstəliklərin diaqnostikası və avtomatlaşdırma sahələrində aparıcı gücə çevriləcək.
Bundan əlavə, bir il ərzində "Solana" və digər sürətli "blokçeyn" şəbəkələrinin gündəlik 20 milyon istifadəçiyə çatacağı proqnozlaşdırılır.
Krüqer qarşıdakı illəri "insan irqinin tarixindəki ən böyük beşillik irəliləyiş" və sərvət yaratmaq üçün əhəmiyyətli bir fürsət kimi xarakterizə edir.
Analitikin sözlərinə görə, beş il ərzində ev robotları geniş yayılacaq və istifadəçilərə dəyəri 20 min ABŞ dollarından aşağı olacaq.
Diqqət!
Bu yazı yatırım tövsiyəsi deyil. Məqalədə qiymətlər və dəyişikliklər ABŞ dolları ilə göstərilmişdir. Unutmayın ki, kriptovalyuta bazarı yüksək dəyişkənliyə malikdir və qiymətlər tez-tez dəyişir. Ən son məlumatlar üçün etibarlı mənbələrdən istifadə etməyiniz tövsiyə olunur.