AZ

Braziliya hesabı açsa da, çətinliklə qalib gəlib

Dünya çempionatı-2026 seçmə mərhələsinin Cənubi Amerika zonasında mübarizə davam edir.

İdman.biz xəbər verir ki, 13-cü tur üç qarşılaşma ilə starat götürüb.

Paraqvay autsayder Çiliyə 1:0, Peru isə Boliviyaya 3:1 hesabları ilə qalib gəliblər.

Braziliya isə çətinliklə Kolumbiyaya 2:1 hesabı ilə qalib gəlib. Meydan sahibləri Rafinyanın 6-cı dəqiqədə penaltidən dəqiq zərbəsi sayəsində hesabı açsalar da, qələbə qolunu yalnız 90+9-cu dəqiqədə vurublar: Vinisius Junior fərqlənib.

Bu gecə turun qalan iki oyunu olacaq: Ekvador Venesuelanı, Uruqvay isə Argentinanı qəbul edəcəklər.

İdman.biz

Seçilən
30
idman.biz

1Mənbələr