AZ

Türkiyə Ermənistanla sərhədi niyə açdı?

Türkiyənin Suriya üçün humanitar yardımın çatdırılması məqsədiləErmənistanla sərhəddə yerləşən "Alican" (“Marqara”) sərhəd-keçidməntəqəsini müvəqqəti olaraq açmaq qərarı ciddi suallar vənarahatlıq doğurur. Bu addım xeyirxah niyyət, humanitar həmrəylikjesti kimi təqdim edilsə də, gözəl sözlərin arxasında İrəvanın açıqsiyasi manipulyasiyası dayanır və bu manipulyasiyanın arxasındayenə də Ermənistanın məkrli planları görünür.

Ermənistanın çox yaxşı tanınan bu davranış tərzi heç bir şübhəyəyer qoymur: xeyirxah təşəbbüs pərdəsi altında erməni tərəfi əvvəlkirazılaşmalara zidd olan yeni geosiyasi ssenari ortaya qoymağaçalışır. Hələ Zəngəzur dəhlizinin açılması ilə bağlı özöhdəliklərini yerinə yetirməyən – halbuki bu dəhliz Ermənistanərazisindən keçməklə Türkiyə və Azərbaycanı birləşdirməli olanstrateji nəqliyyat marşrutudur – İrəvan indi Suriyadakı ağırdurumdan yararlanaraq, yalnız öz maraqlarına uyğun alternativmarşrut yaratmağa cəhd edir.

Bu, sadəcə siyasi gediş deyil – bu, açıqtəxribatdır.

Yaşanan olay mühüm regional razılaşmaları pozmaq, Azərbaycan vəTürkiyənin strateji maraqlarını zəiflətmək və öz oyununu diktəetmək cəhdidir. Daha da önəmlisi, Türkiyə "Alican" (“Marqara”)məntəqəsinin müvəqqəti açılmasına razılıq verməklə, əslində,birtərəfli güzəştə getdi və bunun müqabilində İrəvandan heç biraddım görmədi. Halbuki Ermənistan 10 noyabr 2020-ci il üçtərəflibəyanatında aydın şəkildə qeyd olunan Zəngəzur dəhlizinin açılmasıilə bağlı öhdəliklərini hələ də yerinə yetirməyib.

Məsələ haqlı olaraq belə bir sual doğurur: Ermənistan Zəngəzurdəhlizinin açılmasını illərlə məqsədli şəkildə sabotaj etdiyihalda, Türkiyənin ərazisindən sərbəst tranzit imkanını hansı əsaslaəldə edir?

Niyə Bakı illərlə öz qanuni tələblərinin icrasınıgözləməli olduğu halda, İrəvan heç bir qarşılıqlı addım atmadanyeni imkanlar əldə edir?

Paradoksal haldır ki, uzun illər regionu mühümkommunikasiyaların blokadası ilə şantaj edən tərəf indi Suriyakıvəziyyətdən öz xeyrinə faydalanmağa çalışır. Ermənistan yaranmışvəziyyətdən istifadə edərək siyasi gedişlərini xeyriyyəçilik adıaltında pərdələməyə və açıq-aşkar sabotajını "humanitar missiya"kimi təqdim etməyə çalışır.

Bu, əslində, Zəngəzur dəhlizinin konsepsiyasını kölgə altınasalmaq və Türkiyə–Ermənistan–Suriya xəttinin alternativ marşrutkimi təqdim edilməsi illüziyasını yaratmaq cəhdidir. HalbukiZəngəzur dəhlizi təkcə Ankara və Bakının deyil, bütün türkdünyasının maraqlarına cavab verən strateji layihədir.

İrəvanın bəhs etdiyimiz primitiv manipulyasiyaları təkcəAzərbaycan və Türkiyənin iqtisadi maraqlarını deyil, həm dəbütövlükdə regionun təhlükəsizliyini təhdid edir. Əgər İrəvan özplanlarını irəli aparmağa nail olsa, bu, təhlükəli presedentyaradacaq – elə bir presedent ki, burada öhdəliklərin yerinəyetirilməsini saxta “humanitar missiya” bəhanəsi ilə əvəz etmək vəqonşuların qanuni tələblərini görməzdən gəlmək adi hal olacaq. Buisə yolverilməzdir. Ermənistan anlamalıdır ki, qan və faciələrüzərindən oynanılan oyunlar cəzasız qalmayacaq.

Türkiyə daha əvvəl dəfələrlə bəyan etmişdi ki, Ermənistanlamünasibətlərin normallaşması yalnız regiondakı bütün maneələrin, ocümlədən, Zəngəzur dəhlizinin açılması ilə mümkün olacaq.

Məzkur prinsip Ankara tərəfindən region siyasətinin əsasprioritetlərindən biri kimi elan edilmişdi. Ancaq indi İrəvandanheç bir güzəşt görmədən Türkiyə birtərəfli addım atır və özərazisini Ermənistan yüklərinin tranziti üçün açır. Bu mövqe hansıməntiqlə izah edilə bilər?

Əslində, "Alican" (“Marqara”) məntəqəsi vasitəsilə yüklərintranzitinə razılıq verməklə Ankara İrəvana qarşı anlaşılmazyumşaqlıq nümayiş etdirir. Halbuki Ermənistan hələ də Zəngəzurdəhlizinin açılması ilə bağlı öhdəliklərindən yayınır – bu isətəkcə Türkiyə və Azərbaycan üçün deyil, həm də bütün türk dünyasıüçün mühüm nəqliyyat dəhlizidir.

Nəticədə, haqlı və konkret sual yaranır: niyə Azərbaycanillərdir əldə olunmuş razılaşmaların icrasını gözlədiyi halda,Ermənistan heç bir güzəşt etmədən yeni imtiyazlarqazanır?

Ankaranın bu yanaşması İrəvanda elə təəssürat yarada bilər ki,artıq güzəştlərə ehtiyac yoxdur. Əgər Türkiyə Ermənistanınqarşılıqlı addım atmadan belə əməkdaşlıq təkliflərinə açıqdırsa,bu, İrəvana Zəngəzur dəhlizini və digər strateji təşəbbüsləribloklamağı davam etdirmək üçün cəsarət verə bilər. Ermənistan başadüşməlidir ki, bu cür manipulyasiyalar regionda sabitliyi pozur vəuzunmüddətli perspektivdə İrəvanı daha da təcrid olunmuş vəziyyətəsalacaq.

Zəngəzur dəhlizinin həyata keçirilməsi yalnız iqtisadi layihədeyil, eyni zamanda, regionun nəqliyyat təhlükəsizliyinin vəsabitliyinin mühüm elementidir. Güzəştlərin birtərəfli qaydadaedilməsi Türkiyənin Ermənistanla danışıqlardakı mövqelərinizəiflədə və ilk növbədə Azərbaycanın bu məsələdə haqlıgözləntilərinə zərbə vura bilər.

İrəvanın manipulyasiyaları yalnız onun regiondakı təcridinidərinləşdirəcək və İrəvanın qeyri-konstruktiv siyasətini bir dahatəsdiqləyəcək. Ermənistan bilməlidir ki, belə oyunlarla nəTürkiyəni, nə də Azərbaycanı aldatmaq mümkün deyil. Azərbaycanın vəTürkiyənin maraqları hər hansı “humanitar teatr”ın vəmanipulyasiyanın qurbanına çevrilə bilməz. Ermənistanın ikiüzlüsiyasəti, qan və faciələr üzərindən qurduğu oyunlar artıq ifşaolunub və bu dəfə də onun planlarının puça çıxacağıqaçılmazdır.

2023-cü ilin fevral ayında Türkiyə 1993-cü ildən sonra ilk dəfəolaraq Ermənistanla sərhəddə yerləşən "Alican" ("Marqara")sərhəd-keçid məntəqəsini zəlzələdən zərər çəkmiş bölgələrəhumanitar yardım çatdırmaq məqsədilə açdı.

Fəqət bu addım tez bir zamanda siyasi alətə çevrildi: erməniKİV-ləri bunu Ankara ilə İrəvan arasında münasibətlərin normallaşmaprosesinin başlanğıcı kimi təqdim etməyə çalışdılar və eynizamanda, Ermənistanın Zəngəzur dəhlizinin açılması ilə bağlıöhdəliklərini yerinə yetirməkdən məqsədli şəkildə yayınmasınıgörməzdən gəldilər.

"Alican" (“Marqara”) sərhəd-keçid məntəqəsinin müvəqqətiaçılması isə İrəvanın alternativ marşrut formalaşdırmaq cəhdləriniüzə çıxarır. Sözügedən alternativ marşrut, gələcəkdə Zəngəzurdəhlizinin strateji əhəmiyyətini zəiflətməyə yönəlmiş açıqmanipulyasiya cəhdidir. Bu siyasət Ermənistanın son dövrlərdəQərbin dəstəyi ilə həyata keçirməyə çalışdığı “Zəngəzur dəhlizinəalternativ” adlanan planın tərkib hissəsidir.

Son aylar ərzində Qərbin Türkiyəyə təzyiqləri açıq şəkildəartmaqdadır. Avropalı siyasətçilər və ABŞ-dəki ermənipərəstdairələr Türkiyə və Azərbaycanın regionda logistik mövqelərinizəiflətmək üçün Ermənistandan “nəqliyyat vasitəçisi” qismindəistifadə etməyə çalışırlar.

Xatırladaq ki, Zəngəzur dəhlizinin açılması 10 noyabr 2020-ci iltarixli üçtərəfli bəyanatda təsbit edilib və postmünaqişənizamlanmasının ayrılmaz hissəsi kimi qəbul olunub. Bu layihə təkcəAzərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikasıarasında əlaqəni təmin etməyəcək, həm də Türkiyədən Mərkəzi Asiyayaqədər uzanan ən qısa və təhlükəsiz marşrut olacaq. Dolayısıyla, budəhlizin bloklanması yalnız Azərbaycan və Türkiyənin deyil,bütövlükdə regionun sabitliyi və təhlükəsizliyinin pozulmasıdeməkdir.

Buna baxmayaraq, Ermənistan layihənin icrasını bilərəkdənyubadır, bununla yanaşı, yalnız öz maraqlarına xidmət edənalternativ marşrutlar yaratmağa cəhd göstərir. Eyni zamanda,"Alican" ("Marqara") məntəqəsinin müvəqqəti açılması Ankaranınİrəvana birtərəfli şəkildə güzəştə getdiyini göstərir - halbukiErmənistan bu güzəştin müqabilində heç bir qarşılıqlı addımatmayıb.

Bu vəziyyət bir neçə ciddi təhlükə yaradır:

1. Siyasi təxribat: Alternativ marşrutlarınyaradılması Ermənistan tərəfindən Azərbaycanın qərb rayonları, ocümlədən, Zəngəzur üzərində ərazi iddialarının irəli sürülməsi üçünistifadə edilə bilər.

2. Türkiyə və Azərbaycanın mövqelərininzəiflədilməsi: Türkiyə-Ermənistan-Suriya marşrutununtəşviqi gələcəkdə iqtisadi magistral xəttə çevrilə və bu, Zəngəzurdəhlizinin strateji əhəmiyyətini kölgədə qoya bilər.

3. Qərbin təsirinin güclənməsi: Ermənistanüzərindən açılan bu müvəqqəti marşrut məhz Türkiyə və Azərbaycanınregiondakı mövqelərini zəiflətmək istəyən dairələrin maraqlarınauyğundur.

4. Precedent yaradılması: Əgər bu müvəqqətimarşrut siyasi tanınma qazansa, bu, gələcəkdə İrəvanın özmaraqlarına uyğun addımlar atması və Azərbaycan-Türkiyə stratejilayihələrini bloklamaq cəhdlərinin əsasına çevrilə bilər.

İrəvanın Suriyada yaşananlardan öz məkrli siyasi məqsədlərinəalət etməyə çalışması təkcə qəzəb deyil, eyni zamanda haqlınarahatlıq doğurur. İrəvan bir daha sübut edir ki, öz ambisiyalarınaminə digər xalqların ağrı və faciələrini belə istismar etməyəhazırdır. Ermənistan hakimiyyətinin humanitar yardım jestini siyasiticarət vasitəsi kimi təqdim etməsi və bu hiyləgər davranışı“humanitar missiya” adlandırması ən sərt qınağa layiqdir.

Onilliklər ərzində Ermənistan regional kommunikasiyalarınaçılması ilə bağlı öhdəliklərini sistematik şəkildə pozmuş, hərmərhələdə razılaşmaların icrasını sabotaj etmiş və daim yeni-yenitələblər irəli sürüb. Zəngəzur dəhlizinin açılması kimi stratejilayihənin reallaşdırılması əvəzinə İrəvan növbəti siyasi oyunlarabaş vurur, mövcud razılaşmaları pozur və bütün regionun sabitliyinitəhlükə altına atır.

Belə siyasət yalnız Ermənistanın təcridini daha dadərinləşdirəcək və İrəvanın qeyri-konstruktiv siyasətini bir dahaifşa edəcək. Ermənistan anlamalıdır ki, qan və faciələr üzərindənqurulmuş oyunlar cəzasız qalmayacaq. Azərbaycan və Türkiyəninstrateji maraqları heç bir manipulyasiyanın qurbanına çevriləbilməz. Ermənistanın bu ikiüzlü siyasəti açıq şəkildə ifşa olunubvə bu dəfə də onun məkrli planlarının iflasa uğrayacağıqaçılmazdır.

"Alican" ("Marqara") sərhəd-keçid məntəqəsi vasitəsilə müvəqqətimarşrutun açılması təkcə Suriyada zərərçəkənlərə göstərilənhumanitar jest deyil, bu, əslində, İrəvanın yalnız öz maraqlarınaxidmət edən alternativ yol formalaşdırmaq üçün növbəti hiyləgərcəhdidir. Ermənistan tərəfi yenə də mənimsədiyi hiyləgər taktikailə reallığı təhrif etməyə çalışır: öhdəliklərini yerinə yetirərəkZəngəzur dəhlizinin açılmasına dəstək vermək əvəzinə, insanfaciəsindən sui-istifadə edərək, Türkiyə və Azərbaycana əlverişsizşərtlər diqtə etməyə cəhd edir. Bu addımın nə insanpərvərliklə, nədə xeyirxahlıqla heç bir əlaqəsi yoxdur - burada soyuq siyasihesablamalar və açıq-aşkar manipulyasiya dayanır.

Məsələ yalnız nəqliyyat marşrutlarında deyil - buradasöhbət regionda əldə olunmuş razılaşmaların mahiyyətinin təhrifedilməsindən gedir.

Ermənistan qonşu ölkələrin maraqlarını nəzərə almadan, yalnız özmaraqlarına xidmət edən alternativ kommunikasiyalar formalaşdırmağaçalışır ki, bu da 44 günlük İkinci Qarabağ müharibəsindən sonraəldə edilmiş kövrək balansı pozmaq təhlükəsi yaradır. İrəvanın busiyasəti sanki Türkiyənin Qərbin təzyiqləri qarşısında geriçəkiləcəyinə hesablanıb. Halbuki Qərb açıq şəkildə ErmənistanınZəngəzur dəhlizini bloklamaq və Türkiyə-Azərbaycan əlaqələrinizəiflətmək təşəbbüslərini dəstəkləyir.

Bu cür addımlar cavabsız qalmamalıdır. Əgər İrəvan düşünürsə ki,razılaşmaları pozduğu halda məsuliyyətdən yayınmağa müvəffəqolacaq, o zaman ciddi şəkildə yanılır. Ermənistan eyni zamanda həm"qurban" imicini formalaşdırmaq, həm də Cənubi Qafqazda sülhprosesini sabotaj etmək siyasətini daha davam etdirə bilməyəcək.Zəngəzur dəhlizinin açılmasının ləngidilməsi və ya alternativmarşrutların yaradılması cəhdi Azərbaycan və Türkiyənin sərt vəqəti reaksiyası ilə qarşılaşmalıdır.

Bu gün söhbət təkcə geosiyasi rəqabətdən deyil, bütün regionunsabitliyindən gedir. Əgər Ermənistan manipulyasiya və siyasiintriqa siyasətini davam etdirərsə, o, özünü daha da təcrid olunmuşvə zəif vəziyyətə salacaq. Ermənistanın bu siyasəti nə iqtisadidividend, nə də siyasi nüfuz qazandıracaq. Əksinə, bu cür siyasətyalnız İrəvanın mövcud təcridini dərinləşdirəcək və dünyaictimaiyyətinə Ermənistanın xarici siyasətinin əsl mahiyyətini -riyakarlığı, ikili standartları və sonsuz manipulyasiyaları nümayişetdirəcək.

Tarix dəfələrlə sübut edib ki, regional sabitlik yalnızgötürülən öhdəliklərə sadiqlik və əldə olunmuş razılaşmalara hörmətprinsipi əsasında mümkündür.

İrəvanın Zəngəzur dəhlizini bloklamaq cəhdi yalnız siyasiuzaqgörənliyin yoxluğunun deyil, həm də regional sülhə yönəlmişaçıq təhdidin göstəricisidir. Ermənistan başa düşməlidir ki,birtərəfli manipulyasiya dövrü artıq arxada qalıb. İndi bölgədəməsuliyyət və qarşılıqlı əməkdaşlıq tələb edən yeni reallıq hökmsürür.

İrəvan anlamalıdır ki, bu dəfə risklər daha böyükdür vəregiondakı tərəfdaşlarının səbrinin sərhədləri sonsuz deyil.Ermənistanın cəhdləri yalnız Azərbaycan və Türkiyənin deyil, bütünregionun maraqlarına qarşı yönəlib və bu təxribatçı siyasət nəinkinəticəsiz qalacaq, əksinə, İrəvanın daha da təklənməsi ilənəticələnəcək. Ermənistana aydın mesaj verilməlidir: regiondasülhün və sabitliyin açarı yalnız öhdəliklərə sadiqlik vərazılaşmalara hörmət prinsiplərinə əsaslanır.

Ermənilərin saxta humanitar missiyalar adı altında oynadığı buçirkin oyunlar iflasa məhkumdur. İrəvan anlamalıdır ki, Azərbaycanvə Türkiyənin strateji maraqları heç vaxt siyasi manipulyasiyalarınqurbanı olmayacaq.

Seçilən
49
2
az.trend.az

3Mənbələr