Bakı şəhərinin Binəqədi rayonunda "Land Rover" və "Ford" markalı minik avtomobillərinin mühərrik hissələri yanıb.
BAKU.WS-in məlumatına görə, hadisə ötən gecə Biləcəri qəsəbəsində baş verib.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb olunub və avtomobillərin qalan hissəsi yanğından mühafizə olunaraq, söndürülüb.
Hadisə yerindən görüntüləri təqdim edirik: