Bu gün Azərbaycan cüdoçuları Gürcüstanın paytaxtı Tbilisidəki "Böyük Dəbilqə"də mübarizəyə start verəcəklər.
İdman.biz xəbər verir ki, ilk yarış günü 5 cüdoçumuz 4 çəki dərəcəsində (3 kişi və 2 qadın) tatami üzərinə çıxacaqlar.
Kişilər arasında Murad Muradlı, (60 kq) Nazir Talıbov və Rəşad Yelkiyev (hər ikisi 66 kq) medallar uğrunda mübarizə aparacaq. Qadınların yarışında isə Aydan Vəliyeva (52 kq) və Fidan Əlizadə (57 kq) güclərini sınayacaq.
Qeyd edək ki, yığma turnirdə 8 çəki dərəcəsində 11 cüdoçu (7 kişi, 4 qadın) ilə təmsil olunacaq. Yarışa martın 23-də yekun vurulacaq.
İdman.biz