AZ

Putin generalı ABŞ-la görüşə buna görə göndərir

Senator Qriqori Karasinin və FTX general-leytenantı Sergey Besedanın ABŞ-la Ukrayna münaqişəsinin nizamlanması üzrə nümayəndə heyətinə həmsədr təyin edilmələri onların uzun müddət bu mövzuda fəaliyyət göstərmələri ilə bağlıdır.

Axar.az xəbər verir ki, bunu "Nezıqar" Teleqram kanalı diplomatik mənbəyə istinadən yazıb.

Mənbə bildirib ki, Putin və Karasin hələ onun Britaniyada səfir olduğu dövrdən birbaşa əlaqə saxlayıblar. 2014-cü ildən XİN-də "Ukrayna məsələsini" kurasiya edən Karasin paralel olaraq Beseda ilə işləyirdi. FTX generalı isə artıq o vaxt ABŞ nümayəndələri ilə "qeyri-rəsmi əlaqələr" qururdu.

“Keçmiş ABŞ səfiri Con Sallivan memuarlarında qeyd edir ki, Cenevrədə Putin və Baydenin görüşündə məhz Beseda ABŞ vətəndaşlarının azad edilməsi məsələsini müzakirə edirdi və onun yüksək nüfuza malik olduğunu vurğulayır”, - kanal bildirib.

"Nezıqar"ın diplomatik mənbəsi onu da qeyd edib ki, Kreml ABŞ-la danışıqlardan prinsipial irəliləyişlər gözləmir və özü də belə təşəbbüsləri irəli sürmür:

“Karasin və Beseda daha çox münaqişənin səbəblərini öyrənmək və diskussiya gündəliyi yaratmaq üçün çalışacaqlar, şəxsi təşəbbüslərlə çıxış etməyəcəklər. Kreml əsasən sülh sazişi ilə bağlı geniş diskussiya nümayiş etdirməyə çalışır, lakin radikal güzəştlərə hazır deyil”.

Seçilən
25
2
axar.az

3Mənbələr