AZ

Ermənistanda güclü zəlzələ olub

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Martın 20-də səhər saatlarında Ermənistanın Lori vilayətində 3.7 maqnitudalı zəlzələ baş verib.
Oxu.Az xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilir ki, yeraltı təkanlar Spitak şəhərindən 8 kilometr cənub-şərqdə, 10 kilometr dərinlikdə qeydə alınıb.
Zəlzələnin episentrdə gücü 6 bal təşkil edib. Zəlzələ Lori vilayətində (4 bala qədər), Şirak vilayətində (3-4 bal), Araqatsotn vilayətində (2-3 bal) hiss olunub.
İlkin məlumata görə, dağıntı və xəsarət alan yoxdur.
Seçilən
58
16
oxu.az

10Mənbələr