AZ

Tramp Təhsil Nazirliyini ləğv edir


ABŞ Prezidenti Donald Tramp Təhsil Nazirliyinin ləğvinə başlamaq haqqında sərəncam imzalayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.
“Bir neçə dəqiqədən sonra mən Təhsil Nazirliyinin birdəfəlik ləğvinə başlamaq üçün sərəncam imzalayacağam”, - o, sənədi imzalamazdan əvvəl deyib.
O, əlavə edib ki, nazirliyin yaradılmasından 45 il sonra ABŞ təhsilə və təhsil alana hər hansı digər ölkədən daha çox pul xərcləyir. Ancaq bununla belə ABŞ uğur baxımından siyahının sonundadır.
Qeyd edək ki, 1979-cu ildə ABŞ Konqresi tərəfindən yaradılmış Təhsil Nazirliyi dövlət məktəbləri üçün federal maliyyələşdirməyə nəzarət edir, tələbə kreditlərini idarə edir, aşağı gəlirli kollec tələbələrinə kömək etmək üçün proqramlar həyata keçirir.
Xatırladaq ki, konqres Təhsil Nazirliyini tamamilə bağlamaq üçün qanun layihəsini təsdiqləməlidir. Eyni zamanda, nazirliyin ləğvi təşəbbüsünü Senatda qəbul etmək üçün yuxarı palataya nəzarət edən respublikaçılar ən azı yeddi demokratın dəstəyini almalıdırlar.
Seçilən
24
yeniavaz.com

1Mənbələr