Ankarada tərk edilmiş binanın bağçasında 6 yaşlı qız meyiti tapılıb. Manset.az türk mediasına istinadən xəbər verir ki, meyiti tapılan 6 yaşlı əcnəbi qızın atası qızının öldürüldüyünü iddia edib. "Qızım tapılanda paltarı yox idi. Üzərini neylonla örtüb yandırmağa çalışıblar. Bədənində it dişləmələri var, amma o it qızımın paltarını necə çıxara bilərdi?" İt hücumu nəticəsində öldüyü güman edilən uşağın cəsədi üzərində aparılan müayinələrdə şübhəli bir vəziyyətə rast gəlinmədiyi öyrənilib. Hadisə ötən gün saat 16:00 radələrində Altındağ rayonu Yıldıztəpə məhəlləsində 219-cu küçədə baş verib. Daxil olan məlumata görə, ərazidə olan vətəndaşlar tərk edilmiş binanın yanındakı bağda uşaq meyiti aşkar ediblər. Məlumatı alan polis qrupları əraziyə sövq edilib və araşdırma zamanı cəsədin 6 yaşlı suriyalı qız Fatma Elmuhammedə aid olduğu müəyyən edilib.