ABŞ-da federal məhkəmə “Həmas təbliğatı və antisemitizm”lə məşğul olduğu iddia edilən Corctaun Universitetindən hindistanlı tədqiqatçının deportasiyasını dayandırıb.
Turkustan.az xəbər verir ki, ABŞ administrasiyası ilə hakimlər arasında deportasiya prosedurları ilə bağlı fikir ayrılığı davam edərkən, federal hakimin bu gün verdiyi qərar gündəmə gəlib.
Hakim Patricia Tolliver Giles, sərhəd rəsmiləri tərəfindən həbs edilən və HƏMAS təbliğatı və antisemitizm yaydığı iddiası ilə deportasiya edilməli olan Corctaun Universitetinin tədqiqatçısı Bədir Xan Surinin deportasiya qərarını qüvvədə saxlayıb.
Giles öz qərarında sözügedən şəxsin qanuni olaraq ABŞ-da olduğuna və ona qarşı işin davam etdiyi müddətdə ölkədən deportasiya edilə bilməyəcəyinə qərar verib.
Aytən Yaşar/ Turkustan.az