AZ

Azərbaycandan Niderlanda pul köçürmələri artıb

Ötən il fiziki şəxslərin Azərbaycandan Niderlanda pul köçürmələrinin həcmi 4,93 milyon ABŞ dolları təşkil edib.

Bakıvaxtı.az Azərbaycan Mərkəzi Bankına istinadla xəbər  verir ki, bu göstərici illik müqayisədə 52,3 % və ya 1,693 milyon ABŞ dolları artıb.

Ölkənin ümumi pul köçürmələrində Niderlandın payı 0,9 % təşkil edib.

Xatırladaq ki, 2024-cü ildə fiziki şəxslərin Azərbaycandan xarici ölkələrə pul köçürmələrinin ümumi həcmi 526,759 milyon ABŞ dolları (-4,25 %) təşkil edib.

2023-cü ildə Azərbaycandan Niderlanda fiziki şəxslərdən pul köçürmələrinin həcmi 3,237 milyon ABŞ dolları, xarici ölkələrə isə 550,126 milyon ABŞ dolları təşkil edib.

Seçilən
38
2
bakivaxti.az

4Mənbələr