“Ermənistanın üçüncü prezidenti Serj Sərkisyan və ətrafı bəzən aqressiv şəkildə iddia edir ki, onları Nikol Paşinyan deyil, güclü qüvvələr məğlub edib”.
Bunu erməni jurnalist Tatul Hakubyan deyib.
O bildirib ki, Sərkisyan həmin qüvvələri açıqlaya bilər:
“Üçüncü prezidentə nə yazmağa, nə müsahibə verməyə, nə də mətbuat konfransı keçirməyə mane olan heç nə yoxdur. Nə qədər ki, cənab Sərkisyan belə bir şey etməyəcək, bəyanatların etibarlılığı şübhə altındadır. 2018-ci ilin yazında on minlərlə insan İrəvanda, vilayətlərdə və rayonlarda Nikol Paşinyanı dəstəkləmək üçün küçələrə çıxdı. Çünki vətəndaşlarımız Serj Sərkisyan və Robert Köçəryanın iki onilliyindən sadəcə bezmişdilər. Onlar təkcə küçədə deyil, 2018 və 2021-ci il seçkilərində də Paşinyana uduzdular. Bu yaxınlarda Ermənistanın ikinci prezidenti bunu etiraf etdi”.
O bildirib ki, bu gün reytinqi ən aşağı həddə olan Ermənistan Baş naziri Nikol Paşinyan Serj-Köçəryan keçmişinə qayıdış təhlükəsindən istifadə edərək xalqı ətrafına toplaya bilir:
“Bundan daha təhqiramiz bir şey təsəvvür etmək çətindir. Sərkisyan isə həmin xarici qüvvələri müəyyən etməlidir. Bunlar şəxslərdir, korporasiyalardır, dövlətlərdir? Təbii ki, əgər varsa…Serj bu mövzuda danışmırsa, deməli onun və ətrafının “Nikolu kənar qüvvələr gətirib” şayiəsi primitiv manipulyasiyadır. Erməni xalqını inandırmağa çalışırlar ki, Sərkisyan kimi ağlı olan adam Nikola uduzmazdı”.//Globalinfo.az