Bu gün Gürcüstanın paytaxtı Tbilisidə keçirilən "Böyük Dəbilqə" turniri start götürür.
Apasport.az xəbər verir ki, ilk yarış günündə 5 cüdoçumuz 4 çəki dərəcəsində (3 kişi və 2 qadın) tatami üzərinə çıxacaqlar.
Kişilər arasında Murad Muradlı (60 kq), Nazir Talıbov və Rəşad Yelkiyev (hər ikisi 66 kq) medallar uğrunda mübarizə aparacaq. Qadınların yarışında isə Aydan Vəliyeva (52 kq) və Fidan Əlizadə (57 kq) güclərini sınayacaqlar.
Qeyd edək ki, yığma turnirdə 8 çəki dərəcəsində 11 cüdoçu (7 kişi, 4 qadın) ilə təmsil olunacaq.
Daha 2 cüdoçumuz Xorvatiyada medal qazanıb
Cüdoçumuz Avropa kubokunun qalibi olub
Cüdoçularımız Tbilisi Böyük Dəbilqə turnirində iştirak edəcəklər
Cüdoçularımız Çexiyada təlim-məşq toplanışına qatılıblar
Yeniyetmə cüdoçular arasında ACF Kuboku keçiriləcək