AZ

İtaliya - rekord məbləğ və ardıcıl iki məğlubiyyət

UEFA Millətlər Liqası 1/4 final mərhələsi çərçivəsində keçirilən İtaliya - Almaniya matçını "San Siro" stadionunda 60334 tamaşaçı canlı izləyib.

İdman.biz xəbər verir ki, oyunun ümumi kassa gəlirləri 1,68 milyon avro təşkil edib.

Bunun İtaliya millisinin bir matçı üçün rekord məbləğ olduğu bildirilir.

Oyunun nəticəsinə gəlincə, Almaniyaya 1:2 hesabı ilə uduzan İtaliya millisi rəsmi matçlarda ardıcıl ikinci məğlubiyyətə uğrayıb. Luçiano Spallettinin yetirmələri ötən ilin noyabrında UEFA Millətlər Liqasının qrupunda Fransa komandasına da uduzmuşdular (1:3).

İtaliya milllisi sonuncu dəfə belə uğursuzluğu DÇ-2014-ün qrup mərhələsində yaşayıb. Çezare Prandellinin yetirmələri Braziliya mundialında Kosta Rika və Uruqvaya eyni - 0:1 hesabı ilə məğlub olmuşdular.

İdman.biz

Seçilən
18
idman.biz

1Mənbələr