Türkiyənin Konya şəhərində "ramazan davulçu"su olan qohumlar arasında bəxşiş üstündə münaqişə yaranıb.
Modern.az xəbər verir ki, münaqişə taxtalı, dəmirli və bıçaqlı davaya çevrilib, nəticədə 15 nəfər yaralanıb.
Şikayət edildikdən sonra əraziyə çox sayda polis və tibb işçiləri göndərilib.
Təcili tibbi yardım maşınları ilə xəstəxanalara aparılan yaralıların həyati təhlükələri olmadığı öyrənilib.