
Tovuz rayonunun Yuxarı Öysüzlü kəndində kirayə verilmiş evdə tək qalan körpə aşkarlanıb.“Ulusum”.az-ın məlumatina görə, Tovuz rayon Polis Şöbəsinə kənd ərazisində yerləşən mənzillərin birində valideyni tərəfindən tənha buraxılan azyaşlının olması barədə məlumat daxil olub.Polis əməkdaşları dərhal hadisə yerinə yollanıb və orada yalnız bir yaş iki aylıq oğlan uşağının olduğunu müəyyən ediblər.Körpə xəstəxanaya çatdırılıb. Ona tibbi yardımlar göstərilib, uşağın sağlamlığında həyati təhlükə olmadığı məlum olub.Uşağın anası ilə əlaqə saxlanılıb, profilaktik söhbətlər aparılıb. Ananın Göygöl rayonundan olduğu, Tovuzda kirayədə yaşadığı və o vaxtlar iş yerində olduğu bildirilir. Sonradan körpə anasına təhvil verilib. Hadisə ilə bağlı araşdırma başlanıb.
Diqqət Çəkənlər
Cəbrayıl şəhərində Novruz ilə bağlı bayram konserti təşkil olunub - FOTO - VİDEO
Türkiyənin məşhur rejissoru Osman Sınav vəfat edib
"İsterika içində": Fransa Rusiyaya "müharibə elan etdi"