AZ

İngiltərə: Təhlükəsizlik zəmanəti olmasa, Putin razılaşmanı pozacaq

Böyük Britaniyanın baş naziri Keir Starmer xəbərdarlıq edib ki, Rusiya prezidenti Vladimir Putin Ukrayna üçün təhlükəsizlik təminatları olmasa, potensial sülh razılaşmasını pozacaq.

Turkustan.az xəbər verir ki, baş nazir Starmer Böyük Britaniyanın ev sahibliyi etdiyi, Qərb hərbi rəsmilərinin Ukraynada mümkün sülh razılaşmasının hərbi əməliyyat mərhələsini müzakirə etdiyi görüşdən sonra mətbuata açıqlamalar verib.

Starmer bildirib ki, 20-dən çox ölkə bağlı qapılar arxasında keçirilən görüşdə istənilən sülh sazişinin bir hissəsi kimi Ukraynanın təhlükəsizliyini təmin etmək üçün ona qoşun göndərmək təkliflərini müzakirə ediblər.

Böyük Britaniyanın baş naziri deyib ki, təhlükəsizlik tədbirləri Rusiyaya hər hansı razılaşmanı pozarsa, bunun “ciddi nəticələrin” olacağını aydınlaşdıracaq.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
18
turkustan.az

1Mənbələr