AZ

UFC-nin ilk beynəlxalq turniri Azərbaycanda keçiriləcək?

UFC ABŞ-dan kənardakı ilk turnirini Azərbaycanda keçirməyi planlaşdırır.

Publika.az xəbər verir ki, bu barədə insayder Ariel Helvani məlumat verib.

Onun sözlərinə görə, tədbir bu ilin iyununda baş tuta bilər: “Amerikalılar üçün bu qəribə görünə bilər. Amma orada 10 milyon insan yaşayır və dörd ölkə ilə həmsərhəddirlər. Fiziyev əsas döyüş üçün ən bariz namizəddir, lakin bu hələ təsdiqlənməyib.

Üstəlik, nəzərə almalıyıq ki, UFC may ayında Qətərə gəlməyi planlaşdırırdı. Amma indi tədbir Las Veqasa salınıb. Azərbaycanda turnir UFC-nin bir neçə yarışı xarici ərazilərdə təşkil etmək qərarına gəlməsi ilə mümkün oldu”.

Seçilən
49
1
publika.az

2Mənbələr