Bakı, 21 mart, AZƏRTAC
Novruz – baharın, yeniliyin və birlik ruhunun bayramıdır. Hər birimizin bu möhtəşəm bayramla bağlı unudulmaz xatirələri var. Bəs, tanınmış simaların yaddaşında Novruz necə qalıb?
Sevilən və tanınmış şəxslər AZƏRTAC-ın “Bir sual, bir cavab” layihəsi çərçivəsində Novruzla bağlı ən yaddaqalan anlarını bizimlə bölüşüblər. Qısa, səmimi və maraqlı xatirələr işığında bu bayramın nostalji və sevinc dolu anlarını yenidən yaşayacağıq.
Layihəmizin növbəti qonağı Azərbaycan Mətbuat Şurasının sədri, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, Əməkdar mədəniyyət işçisi Rəşad Məciddir.
AZƏRTAC videonu təqdim edir.