AZ

Hafiz Həsənov barəsində dörd ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Hüquq və İnkişaf" İctimai Birliyinin rəhbəri Hafiz Həsənov barəsində qətimkan tədbiri seçilməsi üçün məhkəməyə təqdimat daxil olub.
Oxu.Az APA-ya istinadla xəbər verir ki, təqdimata Binəqədi Rayon Məhkəməsində baxılıb.
Məhkəmənin qərarına əsasən, Hafiz Həsənov barəsində dörd ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Hafiz Həsənov Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham edilir.
Seçilən
84
30
oxu.az

10Mənbələr