Tovuz rayonunun Yuxarı Öysüzlü kəndində körpənin üç gün evdə tək qalması ilə bağlı yeni təfərrüat məlum olub.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, ana sözügedən kənddə mənzillərin birində kirayə qalır, çətin xasiyyətli biridir.
Kənddə yerləşən kafelərin birində işləyən qadın hər gün səhər saat 11-12 radələrində işə gedir və övladını evdə tək qoyur. Gecə isə gec saatlarda evə gəlir.
Bildirilir ki, qadın körpəni ev sahibinin ümidinə qoyub gedir, o isə uşağa daim nəzarət edə bilmir.
***20:03:2025 saat-21:33
Tovuz rayonunun Yuxarı Öysüzlü kəndində kirayə verilmiş mənzildə tək qalan azyaşlı oğlan uşağı aşkarlanıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, evi kirayə götürən qadın uşağını 3 gün öncə evdə qoyaraq başqa yerə gedib.
Azyaşlı qonşuların müraciəti əsasında aşkarlanaraq xəstəxanaya yerləşdirilib. Ona lazımı tibbi yardım göstərilir. Faktla bağlı araşdırma aparılır.