AZ

Hitrou hava limanının bağlanması ən azı 1300 uçuşa təsir göstərəcək

Londonun Hitrou hava limanında elektrik yarımstansiyasında baş verən yanğınla əlaqədar müvəqqəti olaraq xidmətlərin dayandırılması ən azı 1351 reysin təsirinə məruz qalıb.

Ucnoqta.az xəbər verir ki, bu məlumat Flightradar"-in X səhifəsində deyilir.

Xidmət qeyd edir ki, təyyarənin mövqedən kənarda olması səbəbindən ləğv edilə və ya təxirə salına bilən uçuşlar nəzərə alınmır.

National Rail bildirib ki, martın 21-də London Hitrou hava limanına və ya ondan gələn qatarlar olmayacaq.

Hava limanı martın 21-i saat 23:59-a qədər bağlı olacaq.

Seçilən
67
ucnoqta.az

1Mənbələr