Millimizin DÇ-2026-nın seçmə mərhələsindəki potensial rəqibləri UEFA Millətlər Liqasının 1/4 finalında qarşılaşıb.
Msport.az xəbər verir ki, mərhələnin ilk oyununda Fransa Xorvatiyanın qonağı olub.
Oyun xorvatların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Hər iki qol 1-ci hissədə vurulub. Xorvatiyanın heyətində Ante Budimir və İvan Perişiç fərqlənib. Komandalar arasında cavab görüşü martın 23-də keçiriləcək.
Qeyd edək ki, bu cütün qalibi DÇ-2026-nın seçmə mərhələsinin D qrupunda Azərbaycan, Ukrayna və İslandiyaya rəqib olacaq.